Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Satirik şair Mirhəsən Münsifin əsərləri nəşr olunub
18.06.2019 15:00
  • A-
  • A
  • A+

Satirik şair Mirhəsən Münsifin əsərləri nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal tərəfindən XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Bakı ədəbi mühitinin tanınmış qəzəlxanı və satirik şairi Mirhəsən Münsifin (1881-?) əsərləri nəşr olunub.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova, rəyçiləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Qutiyera Cəfərovadır.

Qeyd edək ki, hazırda Əlyazmalar İnstitutunda şairin yeddi dəftər avtoqrafı saxlanılır. Dəftərlərin birində “Tuti” adı altında 100-dən artıq şeir var. Münsifin bu şeirləri Bakıda çıxan “Tuti” satirik məcmuəsində 1915-1917-ci illər ərzində mütəmadi çap olunub. Şair öz əsərlərini “Münsif”, “Məxfi”, “Qəmiş”, “Sırtıq” və “Əfi” imzaları ilə nəşr etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: