Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” kitabı çapdan çıxıb
18.06.2019 14:23
  • A-
  • A
  • A+

“İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” kitabı çapdan çıxıb

AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun rəhbərliyi ilə institutun ekspertlər qrupu tərəfindən aparılmış tədqiqatlar əsasında hazırlanmış “İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” adlı kitab üç dildə (Azərbaycan, rus və ingilis dillərində) çapdan çıxıb.

Yeni nəşr iqtisadiyyatın özünütənzimləmə mexanizmləri ilə dövlət tənzimləməsi arasında effektiv müvazinət məsələlərinə həsr olunub. Vəsaitdə AMEA İqtisadiyyat İnstitutunda hazırlanmış metodologiya əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında müqayisəli şəkildə qiymətləndirilib. İqtisadiyyatın solluğu (sağlığı) indeksinin ayrı-ayrı ölkələr üçün hesablanmış qiymətləri əsasında 5 iqtisadi model müəyyənləşdirilib və dünya ölkələri bu modellər üzrə təsnifləşdirilib. Yaxın illərdə Azərbaycan iqtisadiyyatının daha da liberallaşdırılmasının zəruriliyi və tələb olunan iqtisadi islahatların başlıca istiqamətləri nəzəri formada əsaslandırılıb.

Kitab iqtisadçılar və iqtisadi siyasət qurucuları üçün faydalı mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: