AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq örtüyünün strukturası laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vilayət Həsənov Quba rayonunda ezamiyyətdə olub.
Məqsəd regionun dağ çaylarının gətirmə konuslarında yayılmış azməhsuldar allü-vial daşlı torpaqların areallarının müəyyən edilməsi, müxtəlif daşlılıq dərəcəsi üzrə torpaq kəsimlərinin qazılması və genetik qatlardan torpaq nümunələrinin götürülməsi idi. 4 günlük səfər müddətində, həmçinin Ağçay və Qudyalçayın gətirmə konusunun subasar ərazisində daşlı allüvial-çəmən torpaqların arealı müəyyən edilib, çöl tədqiqatı ilə bağlı işlər aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.