Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı “Açıq qapı” aksiyası keçiriləcək
07.06.2019 09:54
  • A-
  • A
  • A+

AMEA İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı “Açıq qapı” aksiyası keçiriləcək

AMEA-nın İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı iyunun 7-də saat 14:00-da “Açıq qapı” aksiyası keçiriləcək.

Tədbirdə bu elmi müəssisənin magistraturasında təhsil almaq istəyənlərlə görüş keçiriləcək, onları maraqlandırılan suallar cavablandırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Bu yerlərdən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. AMEA-nın İqtisadiyyat İnstitutunun magistraturasına 4 ixtisas üzrə 4 plan yeri (dövlət sifarişli) nəzərdə tutulub. Bunlar iqtisadiyyatın tənzimlənməsi; təhsil, elm və sosial-mədəni sahənin iqtisadiyyatı; makroiqtisadi siyasət və əməyin iqtisadiyyatı ixtisaslarıdır.

Bu ildən etibarən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub. Bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödəyərək AMEA İqtisadiyyat İnstitutunun magistraturasında ixtisas seçmək imkanı əldə edəcəklər. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisas seçimi etməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: