Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2019 10:06
  • A-
  • A
  • A+

“Daşların işığı – Qurani-Kərimdə qiymətli daşlar və onların elmi-fəlsəfi mahiyyəti” mövzusunda ümuminstitut seminarı keçirilib

“Daşların işığı – Qurani-Kərimdə qiymətli daşlar və onların elmi-fəlsəfi mahiyyəti” mövzusunda ümuminstitut seminarı keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda bu müəssisənin və Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Daşların işığı – Qurani-Kərimdə qiymətli daşlar və onların elmi-fəlsəfi mahiyyəti” mövzusunda ümuminstitut seminarı keçirilib.

Tədbirdə Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev seminarın əsas məqsədinin insan və təbiət arasındakı əlaqənin fəlsəfəsinin, daşların insan həyatındakı rolunun, həmçinin müqəddəs kitablarda qiymətli daşlara verilən dəyərlərin araşdırılması olduğunu bildirib.

Daha sonra o, qiymətli daşların təsnifatını verərək, onların dəyər ölçüsünün meyarlarından danışıb.

Seminarda Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Bibliya və Qurani-Kərimdə adları çəkilən qiymətli daşlar barədə məlumat verib. Alim orta əsr Azərbaycan filosofu, İşraq fəlsəfəsinin banisi Şihabəddin Sührəvərdinin İşıq fəlsəfəsinə istinad edərək daşların fəlsəfi təhlilini verməyə çalışıb. Könül Bünyadzadə daşların strukturu və cilalanması ilə cəmiyyət, insanın vətəndaş və şəxsiyyət kimi yetişməsi arasında müqayisə aparıb. Sonda o, Qurani-Kərimdə xatırlanan 4 qiymətli daşın - yaqut, mərcan, inci və büllurun fəlsəfi təhlilini verib.

Tədbirdə fəlsəfə elmləri doktoru Rəfiqə ƏzimovaAdil ƏsədovFüzuli QurbanovAfaq Rüstəmov və digərləri  çıxış edərək seminarın əhəmiyyətini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: