Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Proqramlaşdırmanın elmi-texnoloji əsasları” adlı ekspress-informasiya nəşr olunub
31.05.2019 09:32
  • A-
  • A
  • A+

“Proqramlaşdırmanın elmi-texnoloji əsasları” adlı ekspress-informasiya nəşr olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın müəllifi olduğu “Proqramlaşdırmanın elmi-texnoloji əsasları” adlı ekspress-informasiya nəşr olunub. Kitabın elmi redaktoru Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (Vyana) “Proqram təminatının yaradılması” bölməsinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracovdur.

Kitabda proqramlaşdırma və proqramlaşdırma dillərinin elmi-nəzəri əsasları və s. haqqında məlumat verilib. Alqoritmlər nəzəriyyəsinin, evristik alqoritm və alqoritmik təfəkkürün xüsusiyyətləri aydınlaşdırılaraq onların proqramlaşdırmada istifadə mexanizmi izah edilib. Proqramlaşdırma dillərinin effektivliyinin qiymətləndirilməsi üçün müəyyən edilmiş kriteriyalar əsasında alqoritm işlənilib, həmçinin proqram təminatının məhsuldarlığı təhlil edilərək problemləri araşdırılıb.

Ekspress-informasiya ali məktəb tələbələri, müvafiq ixtisas üzrə çalışan mütəxəssislər və tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: