Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Seysmik rayonlarda tikinti norma və qaydalarının təkmilləşdirilməsi iqtisadi baxımdan səmərə verəcək
23.05.2019 09:41
  • A-
  • A
  • A+

Seysmik rayonlarda tikinti norma və qaydalarının təkmilləşdirilməsi iqtisadi baxımdan səmərə verəcək

ABŞ-ın Lavrence Livermore Milli Laboratoriyasının əməkdaşı, Seysmik Əməkdaşlıq proqramının meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Bakı səfəri çərçivəsidə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri ilə görüşüblər. 

Komitənin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda baş tutan görüşündə dünyanın inkişaf etmiş ölkələrində seysmik rayonlarda hazırda tətbiq edilən  tikinti norma və qaydaları haqqında müzakirələr aparılıb.

Qonaqlar bu cür normativlərin həm iqtisadi, həm də insan həyatının qorunması baxımından vacibliyini vurğulayıblar. Bundan əlavə, normativlərin müəyyən hissələrinin Azərbaycanda istifadə edilən “Seysmik Rayonlarda Tikinti Norma və Qaydaları”nda tətbiq olunmasını təklif ediblər.

Müzakirələr nəticəsində normativə ediləcək əlavələr dəstəklənib və bu işlərin yerinə yetirilməsi üçün birgə əməkdaşlıq etməyin zəruriliyi qeyd edilib.

Qeyd edək ki, görüşdə qonaqları AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdirləri - Lalə Fəttahova, Telman Cəfərov, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev və digərləri müşayiət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: