Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2019 15:29
  • A-
  • A
  • A+

Akademik Nazim Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Akademik Nazim Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin dünya elminə verdiyi töhfələrə və yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə Akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalına layiq görülüb. 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu, medalı və vəsiqəsi Nazim Məmmədova təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: