Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Folklor milli kimlik kontekstində” mövzusunda keçirilən konfransın materialları çap olunub
07.05.2019 12:33
  • A-
  • A
  • A+

“Folklor milli kimlik kontekstində” mövzusunda keçirilən konfransın materialları çap olunub

İsmayıllı rayon, Lahıc qəsəbə tam orta məktəbində “Folklor milli kimlik kontekstində” mövzusunda keçirilən beynəlxalq elmi konfransın materiallarının toplandığı kitabın təqdimat mərasimi keçirilib.

Əvvəlcə konfransla bağlı hazırlanmış video nümayiş etdirilib.

Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq kitabda toplanan materialların elmi əhəmiyyətindən danışıb, konfransı və yeni vəsaiti Azərbaycan dövlətinin tarixi və mədəni irsimizə göstərdiyi diqqət və qayğının təzahürlərindən biri kimi qiymətləndirib.

Sonra çıxış edən Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov konfrans materiallarının böyük həcmli kitab halında nəşrini Azərbaycan Xalq Cumhuriy­yətinin 100 illik yubileyinə layiqli töhfə adlandırıb, xalqımızın mədəniyyəti və tarixi ilə bağlı belə tədbirlərdə yerli icra hakimiyyəti nümayəndələrinin, ziyalıların iştirakını müsbət hal kimi dəyərləndirib.

Daha sonra kitabın tərtibçiləri – fil.ü.f.d. Atəş Əhmədli və Folklor İnstitu­tunun doktorantı Dadaş Əliyev çıxış edərək kitabın elmi-praktiki əhəmiyyətindən və tərtib prinsiplərindən danışıblar.

Qeyd edək ki, Folklor İnstitutu, AR Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 iyun 2018-ci il tarixində Lahıc qəsəbəsində keçirilmiş beynəlxalq konfrans Prezidentin İlham Əliyevin Azərbaycan Xalq Cümhuriy­yətinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərən­camına uyğun olaraq baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: