Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kadrlar şöbəsinin müdiri Türkiyədə beynəlxalq konfransda iştirak edib
29.04.2019 10:39
  • A-
  • A
  • A+

Kadrlar şöbəsinin müdiri Türkiyədə beynəlxalq konfransda iştirak edib

AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri Rzaqulu Hacıyev Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universiteti və Malayziyanın Beynəlxalq İslam Universitetinin təşkilatçılığı ilə İstanbulda keçirilən “VIII beynəlxalq hüquq və cəmiyyət” konfransında iştirak edib.

Dünyanın müxtəlif ölkələrindən elm adamlarını bir araya gətirən tədbirdə hüquq elminin müxtəlif problemləri, xüsusilə də rəqəmsallaşma dövründə hüquq anlayışı ətrafında məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Səfər çərçivəsində R.Hacıyev Fatih Sultan Mehmet Vakıf Universitetinin rəhbərliyi və Hüquq fakültəsinin tələbələri ilə görüşüb, AMEA-nın fəaliyyəti haqqında məlumat verib, əməkdaşlıq imkanlarını müzakirə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: