Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Deyilən söz yadigardır” toplusu yeni tərtibatda çapdan çıxıb
23.04.2019 17:09
  • A-
  • A
  • A+

“Deyilən söz yadigardır” toplusu yeni tərtibatda çapdan çıxıb

XX əsrin görkəmli Azərbaycan tədqiqatçısı və şairi Cəfər Rəmzinin 1981 və 1987-ci illərdə nəşr olunan “Deyilən söz yadigardır” toplusu yeni tərtibatda çapdan çıxıb.

Kitabı nəşrə hazırlayan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal, redaktorları - Qorxmaz Səfərov və Nəbibə Səfərova, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova və Qutiyera Cəfərovadır.

Vəsaitə XIV-XX əsrlərdə Bakı və Abşeronda yaşayıb-yaratmış 170-dən çox şairin tərcümeyi-halı və əsərlərindən nümunələr daxildir. Müəllif C.Rəmzinin Əlyazmalar İnstitutunda saxlanılan arxivindən indiyədək nəşr olunmamış şeirləri, o cümlədən toplularla bağlı şairə ünvanlanmış 4 məktubu sözügedən kitabda təqdim edib.

Nəşr Bakı-Abşeron ədəbi mühitinin tədqiqatçıları, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: