Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın Yüksək Texnologiyalar Parkı BP ilə əməkdaşlığa başlayır
22.04.2019 10:02
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkı BP ilə əməkdaşlığa başlayır

AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, i.ü.f.d. Nazim Şükürov, strateji inkişaf üzrə direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə və infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov BP şirkətini ziyarət ediblər.

Məqsəd YT Parkda istehsal olunan mühərrik və sürtkü yağları ilə bağlı məlumat verilməsi, həmçinin AMEA Stateji Elmi Analitik Sınaq Mərkəzi tərəfindən həyata keçirilən qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının, istehlak mallarında toksik elementlərin sınağının və ekspertizası məsələlərinin müzakirəsi olub.

Görüşdə BP-nin Tədarük və təchizatın idarə olunması şöbəsinin nümayəndəsi Samir Tağıyev, kimya mühəndisləri - Kənan Tağıyev, Elnur Abbasoğlu və mexanika mühəndisi İlqar Abbasov iştirak ediblər.

BP rəsmiləri əməkdaşlıq məqsədilə təşkil olunan görüşü yüksək qiymətləndiriblər. Bundan əlavə, şirkət nümayəndələrinin YT Parka biznes turlarının həyata keçirilməsi qərarlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: