www.science.az
24.08.2014 00:00

AMEA Coğrafiya İnstitutunun əməkdaşı İtaliyada ezamiyyətdə olacaq

AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Yelena Tağıyeva avqustun 26-dan 31-dək İtaliyada ezamiyyətdə olacaq. Məqsəd Padova şəhərində keçiriləcək IX Paleobotaniki və paleonoloji Avropa konfransında iştirak etməkdir.

Y.Tağıyeva konfransda “Sarmat və meotik əsrlərində Cənubi Qafqazın bitki örtüyü və iqlimi” mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Padova Universitetinin Yer elmləri üzrə departamenti və İtaliya Milli Tədqiqat Şurası (CNR) - Geologiya elmləri və Yer kürəsinin təbii ehtiyatları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrinin alim və mütəxəssisləri iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.