Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Molla Cümənin gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusu aşkar edilib
18.04.2019 15:28
  • A-
  • A
  • A+

Molla Cümənin gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusu aşkar edilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu görkəmli Azərbaycan aşığı və şairi Molla Cümənin gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusunun əlyazmasını əldə edib.

Əlyazmalar İnstitutunun əyani doktorantı Novruz Bəkirov Qax rayonunun Meşəbaş kəndindən əlyazmanı əldə edərək instituta təqdim edib.

İnstitutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov məlumat verir ki, 38 şeirdən ibarət bu topludakı 8 şeirə şairin indiyədək nəşr olunmuş kitablarında rast gəlinmir. Bu şeirləri Molla Cümənin şagirdi, gürcü aşığı Konstantin Muradxanaşvili şairin dilindən eşidərək qələmə alıb. Molla Cümə XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Azərbaycanın şimal-qərb bölgəsindəki aşıqların, eləcə də gürcü aşıqlarının yaradıcılığına güclü təsir edib. Bu əlyazma gürcü aşıqlarının Molla Cümənin şeirlərini Azərbaycan dilində ifa etdiklərini və Azərbaycan-gürcü ədəbi əlaqələrinin möhkəmlənməsində Molla Cümənin mühüm rol oynadığını göstərmək üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: