Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Fizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edib
10.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edib

AMEA Fizika İnstitutu Yarımkeçiricilərin elektron spektroskopiyası laboratoriyasının əməkdaşları - fizika-riyaziyyat üzrə elmlər doktoru Nadir Abdullayev və elmi işçi Xəyalə Əliquliyeva Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə olublar.

A.İ.Gerçen adına Rusiya Dövlət Pedaqoji Universitetinə təşkil olunmuş ezamiyyətdə məqsəd “Dielektriklər fizikası” XIII beynəlxalq konfransda iştirak etmək olub.

Beş gün davam edən konfransda Rusiya, Ukrayna, Belarus, Polşa, Almaniya, Braziliya və digər ölkələrin nümayəndələri də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: