Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Aşqarlar Kimyası İnstitutunda “Ən yaxşı elmi tədqiqat işi” mövzusunda müsabiqə keçiriləcək
10.04.2019 10:08
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda “Ən yaxşı elmi tədqiqat işi” mövzusunda müsabiqə keçiriləcək

5 aprel-15 may 2019-cu il tarixlərində AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant, dissertant və magistrantları arasında ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunan “Ən yaxşı elmi tədqiqat işi” adlı müsabiqə keçiriləcək.

Müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı təqdimat hazırlayıb ekspertlər qarşısında məruzə edəcəklər.

Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: