Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA YT Parkın əməkdaşları ADA Universiteti tərəfindən sertifikatla təltif ediliblər
09.04.2019 15:53
  • A-
  • A
  • A+

AMEA YT Parkın əməkdaşları ADA Universiteti tərəfindən sertifikatla təltif ediliblər

ADA Universitetində Karyera Xidmətləri tərəfindən Karyera sərgisi keçirilib.

Sərginin təşkilində əsas məqsəd ölkənin müxtəlif ali məktəblərində təhsil alan tələbələri müvafiq qurum və şirkətlərlə tanış etmək, onları təcrübə proqramları və iş imkanları barədə məlumatlandırmaq və gələcək karyera planları ilə bağlı müzakirələr aparmaq olub. Sərgi, həmçinin tələbələrə mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı verib.

900-dən çox tələbənin və 105 şirkətin qatıldığı sərgidə AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) əməkdaşları - Vüsal Süleymanlı, Məmməd Qubadov, Gültac Həsənli, Elşad Hacıyev və Nərmin Əfəndiyeva da iştirak ediblər. 

Karyera sərgisində fəal iştirak etdiklərinə görə YT Parkın əməkdaşları sertifikatlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: