Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Hətəm Quliyev Türkiyədə keçirilən beynəlxalq tədbirdə məruzə ilə çıxış edib
03.04.2019 12:16
  • A-
  • A
  • A+

Akademik Hətəm Quliyev Türkiyədə keçirilən beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

AMEA Geologiya və  Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev Türkiyənin İstanbul şəhərində keçirilən Tətbiqi təhlil və riyazi modelləşdirmə üzrə beynəlxalq konfransda (İCAAMM19, International Conference on Applied Analysis and Mathematical Modeling) iştirak edib.

Beynəlxalq tədbirdə riyaziyyat, mexanika və geofizikanın fundamental və tətbiqi bölmələrinin müxtəlif sahələri üzrə elmi məruzələr dinlənilib. Bundan başqa, Yerin müasir nəzəri modellərində mühitin elastiki parametrlərinin paylanması üzrə dünyanın müxtəlif elmi mərkəzləri və universitetlərinin laboratoriyalarında aparılan eksperimental tədqiqatların nəticələri müzakirə edilib.

Konfransda "İçi sıxılan maye ilə doldurulmuş çoxlaylı sferanın rəqslərinə qeyri bircins başlanğıc gərginliklərin təsiri” adlı məruzəsini təqdim edən H.Quliyev apardığı tədqiqatlardan alınmış nəticələri diqqətə çatdırıb.

Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: