Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş tədbirdə iştirak ediblər
09.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş tədbirdə iştirak ediblər

AMEA Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova və Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Könül Bünyadzadə mayın 31-dən iyunun 1-dək İstanbul şəhərində (Türkiyə) keçirilmiş “Avropa Birliyinin 2015-ci ildən sonra inkişaf təqvimi: qadınlar” Sammitində iştirak ediblər.

BMT-nin dəstəyi ilə Türkiyənin Jurnalistlər və Yazıçılar Vəqfinin təşkil etdiyi konfransa 42 ölkədən alim və mütəxəssislər qatılıb.

Sammitin “Sülh və ədalətli idarəetmə” seksiyasında məruzə ilə çıxış edən Rəfiqə Əzimova dünyada hərbi münaqişələrin törətdiyi fəsadlar, eləcə də Azərbaycanda qaçqınların yaşadığı şərait, onların vəziyyətindən danışıb. Könül Bünyadzadə isə “Təhsil” seksiyasında məruzə edərkən gənc nəslin təhsili və tədrisində düzgün ədəbiyyatın seçilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: