Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü İslam Mustafayev BMT-nin regional seminarında iştirak edib
01.04.2019 11:59
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İslam Mustafayev BMT-nin regional seminarında iştirak edib

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf mühit Proqramının Qazaxıstanın Almatı şəhərində təşkil etdiyi “Boyalarda qurğuşun problemi” mövzusunda regional seminarda iştirak edib.

Tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri,  ümumilikdə 12 ölkənin elmi mərkəzlərinin alimləri, ekologiya, səhiyyə və hüquq sahəsində çalışan mütəxəssislər, həmçinin qeyri-hökümət təşkilatlarının nümayəndələri təmsil olunublar.

Seminar çərçivəsində 20-dən artıq məruzə dinlənilib, həmçinin qurğuşunun insan orqanizminə və ətraf mühitə təsiri, boyaların tərkibində qurğuşunun miqdarını məhdudlaşdıran normativ-hüquqi aktların yaradılması və gələcək fəaliyyətin prioritetləri müzakirə edilib.

İ.Mustafayev tədbirdə Azərbaycanda bu sahədəki mövcud vəziyyətə dair məruzəsini təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: