Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycanda aparılan seysmoloji tədqiqatlar Dünya Bankı tərəfindən maraqla qarşılanıb
01.04.2019 10:55
  • A-
  • A
  • A+

Azərbaycanda aparılan seysmoloji tədqiqatlar Dünya Bankı tərəfindən maraqla qarşılanıb

Dünya Bankının Avropa və Mərkəzi Asiya bölgəsi üzrə risklərin idarə edilməsi bölməsinin məsləhətçisi Mariya Markhvida və strategiyalar və əməliyyatlar bölməsinin böyük əməliyyatlar üzrə mütəxəssisi Hacı Hüseynov Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüblər. Qonaqlara mərkəzin fəaliyyəti, aparılan kompleks seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verilib.

Q.Yetirmişli bildirib ki, Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınan nəticələr Dünya Bankı tərəfindən maraqla qarşılanır.

Görüşdə, həmçinin Qafqaz regionunda seysmik riskin öyrənilməsi və Dünya Bankı ilə RSXM arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: