Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2019 09:25
  • A-
  • A
  • A+

Elm Gününə həsr olunan elmi seminar və “dəyirmi masa” keçirilib

Elm Gününə həsr olunan elmi seminar və “dəyirmi masa” keçirilib

Martın 28-də AMEA Dendrologiya İnstitutunda Elm Gününə həsr olunan “Müasir dövrdə dendroloji tədqiqatların aktuallığı" mövzusunda elmi seminar və "Abşeron dendroflorasında invaziv bitki növlərinin tədqiqi" mövzusunda “dəyirmi masa” keçirilib.

Seminarda b.ü.f.d., dosent Hüseynağa Əsədov "Yaşıllıqların salınmasında introduksiya olunmuş ağac və kolların şoranlaşma, quraqlıq, yüksək temperatur və şaxtaya davamlılıq", institutun əməkdaşı A.Hüseynova isə "Abşeron şəraitində yeni introduksiya olunmuş Hind manqosu (Mangifera indica L.) və irimeyvəli çiyələk ağacı (Arbutus unedo L.) introduksiyası, çoxaldılma üsulları" mövzusunda  məruzələrlə çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: