Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.03.2019 15:11
  • A-
  • A
  • A+

AMEA prezidenti Elm Günü münasibətilə təşkil olunan sərgini ziyarət edib

AMEA prezidenti Elm Günü münasibətilə təşkil olunan sərgini ziyarət edib

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA İşlər idarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elm Günü münasibətilə təşkil etdiyi sərgini ziyarət ediblər.

RSXM-in Zəlzələlərin Tədqiqatı Bürosunda baş tutan sərgidə mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Azərbaycanda son 100 ildə seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar, aparılan araşdırmaların nəticələri, həmçinin qurumun əməkdaşlarının elmi nəşrləri barədə məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: