Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Ənvər Nəhmədovun həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda dərc edilib
19.03.2019 12:07
  • A-
  • A
  • A+

Akademik Ənvər Nəhmədovun həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda dərc edilib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsinin dekanı, akademik Ənvər Nəhmədovun və fakültənin əməkdaşlarının müəllifi olduğu “Qrafen təbəqəsində vakansiyaların meydana çıxardığı maqnitlənmə və təbəqənin öz-özünü bərpası” adlı məqalə Amerika Fizika Cəmiyyətinin "Physical Review B" jurnalında dərc olunub.

Topoloji dielektriklər sinfinə daxil olan qrafen təbəqəsi 2004-cü ildə rus əsilli ingilis fiziklər - A.Geim və K.Novoselov tərəfindən kəşf olunub və bu kəşfə görə  2010-cu ildə Nobel mükafatına layiq görülüblər.

Qrafen təbəqəsinin otaq temperaturunda belə çox yüksək keçiriciliyi, Dirak fermionlarına xas kütləsiz kiçik enerjili həyəcanlanmalara malik olması, anomal kvant Holl effektinin müşahidə olunması və bənzəri  qeyri-adi xüsusiyyətləri bu materialın elektrotexnikada tətbiqi üçün çox böyük perspektivlər açır. Son illərin araşdırmaları göstərir ki, qrafen təbəqələrdə ion bombardmanı nəticəsində yaradılan vakansiyalar maddənin maqnit xassələrini cidd şəkildə dəyişir və bu vakansiyalarda təcrübi araşdırmalara görə, bəzən ferromaqnetik, bəzən də anti-ferromaqnitik xüsusiyyətlər meydana çıxarır. Digər tərəfdən bu vakansiyalar temperaturun kiçik artması nəticəsində ya səthə miqrasiya edir, ya da dislokasiya kimi defektlər ətrafında toplanıb böyük dəliklər meydana çıxarırlar. 

Ə.Nəhmədov və Fizika fakültəsinin əməkdaşları tərəfindən aparılan nəzəri araşdırmalarda qrafen təbəqəsində vakansiyaların meydana çıxardığı maqnit xassələrin necə olacağına aydınlıq gətirilib və qrafen təbəqədəki vakansiyaların seqreqasiyası üçün nəzəriyyə qurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: