Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Dünya palçıq vulkanları atlası" "Web of Science" bazasına daxil olub
18.03.2019 15:22
  • A-
  • A
  • A+

"Dünya palçıq vulkanları atlası" "Web of Science" bazasına daxil olub

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin baş redaktoru olduğu "Dünya palçıq vulkanları atlası" “Web of Science Core Collection” bazasının kitab istinad indeksi kateqoriyasında geokimya, geofizika və geologiya tədqiqat sahəsi üzrə indeksləşib.

Qeyd edək ki, atlasda Alp-Himalay dağları və Sakit okeanın əhatə etdiyi tektonik qurşaqlarda yerləşən 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil olunub. Nəşrdə vulkanların morfologiyası, struktur mövqeyi və püskürmə məhsulları ətraflı şərh edilir. Burada yarım əsr ərzində palçıq vulkanlarını öyrənən Azərbaycan alimlərinin əvvəllər əldə etdikləri nəticələr qlobal miqyasda təsdiqini tapır.

Azərbaycan, rus və ingilis dillərində nəşr olunan atlasın redaktoru akademik Arif İsmayılzadədir. Buradakı məlumatlar dünya üzrə palçıq vulkanlarına dair 600-dən çox ədəbiyyat materialının tərcüməsi və təhlili nəticəsində əldə olunub. Atlasda 450 rəngli şəkil, o cümlədən xəritə və sxemlər, yer üzərində, peyk və helikopterdən çəkilmiş 340 fotoşəkil, 136 cədvəl verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: