Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni" mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək
18.03.2019 14:36
  • A-
  • A
  • A+

"Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni" mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

Martın 28-də saat 11:00-da AMEA-nın Əsas binasında "Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni" mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunacaq tədbirin təşkilatçıları AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyidir.

Konfransda "Azərbaycanda teatr fikrinin formalaşmasına C.Cabbarlı məqalələrinin təsiri", "Ağılar və mərsiyələr padşahı: Cabbarlı pyeslərində diskursun təşkili üsulu", "Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni", "Estetik ideal və bədii mahiyyət", "Qadınların ayağının altındakı cənnət ("Almaz" filmində gender problemi)", "Cəfər Cabbarlı dilinin sadəliyi və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: