Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.03.2019 09:26
  • A-
  • A
  • A+

Biofizika İnstitutu ilə MDU-nun Bakı filialının Fizika fakültəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Biofizika İnstitutu ilə MDU-nun Bakı filialının Fizika fakültəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın Biofizika İnstitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsinin dekanı, akademik Ənvər Nəhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovla görüşdə qonaqlara müəssisənin strukturu, əsas fəaliyyət istiqamətləri və aparılan tədqiqat işləri barədə məlumat verilib.

Görüş zamanı, həmçinin tərəflər arasında gələcək əlaqələrin qurulması və birgə elmi-tədqiqatların aparılması məsələləri müzakirə olunub.

Daha sonra qonaqlar institutun laboratoriyaları ilə əyani tanış olub, burada quraşdırılan müasir avadanlıqlar barədə məlumat alıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: