Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyası

Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyası
Tel. (+994 12) 5100523 
Faks (+994 12) 5392826 
Elektron poçtu lab3.2@isi.az
Struktur bölmənin rəhbəri t.e.d., professor Həsənov Allahverdi Biyakir oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Texniki  və ekoloji sistemlərin müxtəlif mənşəli stoxastik və qeyri-stasionar xarakterli təsirlərə reaksiyalarının riyazi əsaslı kompüter  modellərinin yaradılması və sistem daxilində gedən proseslərin proqnozlaşdırılması  üsullarının işlənilməsi və tətbiqi.
Əsas elmi nəticələri

1.Təbii və antropogen mənşəli fəlakətlərin nəticələrinin ekoloji monitoringi zamanı əldə olunan böyük həcmli mürəkkəb strukturlu operativ informasiyanın emalı və istifadəsi üçün riyazi və kompüter modellərinin işlənilməsi, nəticələrin ümumiləşdirilməsi və gələcək ekoloji vəziyyətin prognozlaşdırılması üçün nəzəri ekspert sistemlərinin yaradılması. Tətqiqat oyektlərinin cari vəziyyətinin operativ sistemli analizi, ən ümumi hal üçün riyazi modellərin qurulması, texniki sistemlərin ekstremal vəziyyətlərdə davamlı və etibarlı istismarının təmin edilməsi üsullarının işlənilməsi, hesabat algoritmlərinin və uyğun proqram toplularının yaradılmasıdır;

2.Mürəkkəb reologiyalı özlü-elastik mühitlərdə qeyri-stasionar termomexaniki dalğaların yayılması proseslərinin ən ümumi riyazi modelləri yaradılmışdır;

3. Polimer əsaslı kompozit materialların alınması proseslərinin riyazi modelləri yaradılmış, bu modellər əsasında tələb olunan xassələrə malik yeni materialların alınması, onların fiziki-kimyəvi parametrlərinin identifikasiyası və idarə edilməsinin nəzəri əsasları işlənmişdir;

4.Sel-daşqın hadisələrinin riyazi modelləri yaradılmış, torpaq sürüşmələri və uçqunlar nəticəsində coğrafi ərazinin torpaq fondunun dəyişməsi proseslərinin proqnozlaşdırılması üçün modellər işlənilmişdir;

5.Əkinə yararlı sahələrdə torpaqların şorlaşmasının qarşısının alınması məqsədilə qrunt sularının səviyyəsinin idarə edilməsinə imkan verən nəzəri modellər və texnologiyalar yaradılmışdır.