Tel. | (+994 12) 5109372 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | lab2.4@isi.az | |
Struktur bölmənin rəhbəri | riyaziyyat elmləri doktoru, prof. Mənsimov Kamil Bayraməli oğlu | |
İşçilərin ümumi sayı | ||
Əsas fəaliyyət istiqamətləri | Bəzi toplanmış və paylanmış parametrli sadə və çoxmərhələli determinik və stoxastik optimal idarəetmə məsələlərinin keyfiyyət nəzəriyyəsinin tədqiqi | |
Əsas elmi nəticələri |
1.Toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində məxsusi idarələri tədqiq etmək və optimallıq üçün yüksək tərtib zəruri şərtlər almaq üçün yeni, universal üsul təklif olunmuşdur; 2.Dəyişən strukturlu toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün birinci tərtib zəruri şərtlər alınmış və məxsusi idarələr tədqiq olunmuşdur; 3.Hamar olmayan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər alınmışdır; 4.Diskret iki parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün Krotov tipli kafi şərtlər tapılmış və yüksək tərtib zəruri şərtlər alınmışdır; 5.Lokal olmayan sərhəd şərtli optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər çıxarılmışdır; 6.Volterra tipli müxtəlif inteqral tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur; 7.Volterra tipli fərq tənliklər sistemi üçün optimal idarəetmə məsələsi qoyulmuş və optimallıq üçün zəruri şərtlər çıxarılmışdır; 8.Rosser tipli optimal idarə məsələlərində məxsusi idarələr tədqiq olunmuşdur; 9.Rosser tipli hibrid optimal idarəetmə məsələləri tədqiq olunmuşdur; 10.Kəsilməz-diskret optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur; 11.Gecikməyə malik xətti bircins olmayan stoxastik İto tənliklər sisteminin Koşi matrisinin koməyi ilə həllinin göstərilişi tapılmışdır; 12.İto tənliklər sistemləri ilə təsvir olunan stoxastik optimal idarəetmə məsələlərində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər tapılmışdır; 13.Xətti bircins olmayan ikinci tərtib hiperbolik tip stoxastik Qursa-Darbu tənliklər sisteminin həllinin göstərilişi Riman matrisinin köməyi ilə tapılmışdır; 14.Stoxastik Qursa-Darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələlərində birinci və ikinci tərtib optimallıq şərtləri tapılmşdır. |