Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası

İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası
Tel. (+994 12) 5392484
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.7@isi.az
Struktur bölmənin rəhbəri r.ü.f.d., dosent Abdullayeva Gülçin Gülhüseyn qızı
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Müxtəlif təyinatlı obyektlərdən alınan informasiyanın intellektual emalı üçün üsul, vasitə və identifikasiya sistemlərinin işlənilməsi
Əsas elmi nəticələri

-Ortopediya sahəsində cərrahi müdaxilənin və onun gedişinin ardıcıllığının seçimini təyin edən çoxmodullu intellektual sistem işlənmişdir. Sistem üçlaylı şəbəkə üzərində qərar qəbul edir, modullardan biri elektron xəstəlik tarixi, digəri məlumatlar bankıdır. İş üzrə 4 Avrasiya və Respublika patentləri alınıb. Sistem Travmatologiya və Ortopediya ETİ-də tətbiq olunur;

-Əski əlifbada mətnlərin tanıma və identifikasiya sistemi yaradılıb və Əlyazmalar İnstitutunda ekspertizadan keçirilib. İş üzrə patent (müəlliflik şahədətnaməsi) alınıb;

- Səhiyyədə yeni istiqamət olan isbata əsaslan tibb sahəsində müxtəlif sinif xəstəlikləri diaqnostika edən şəbəkə proqramları işlənmiş, Kanada Beynəlxalq inkişaf agentliyinin (CİDA) və Kanada Beynəlxalq Səhiyyə təşkilatının (CSİH) rəhbərliyi altında Cənubi Qafqazda səhiyyə üzrə İnformasiya layihəsinin qrant qalibi olmuşuq və onların sifarişi və maliyəsi ilə azərbaycan və rus dillərində monoqrafiya dərc edilib;

-Diaqnostika sistemlərinin yaradılma problemlərinin həllinə yönəlmiş "İntellektual diaqnostika sistemləri” monoqrafiyası dərc edilmişdir;

-Tibbin müxtəlif sahələrini əhatə edən intellektual-informasiya sistemləri işlənmişdir: "kəskin qarın” sindromu (18 cərrahi xəstəliklər diferensiasiya edilir), Naxçıvan ş. xəstəxanasında tətbiq olunan ginekoloji xəstəliklər və kəskin apendisitin diferensial diaqnostikası, "döş qəfəsi” ağrıları sindromunun diferensial diaqnostikası, neftayırma sənayesində çalışan qadınların hamiləliyi başa çatdırılmaması probleminin diaqnostikası və proqnozu sistemi və s;

-Neftçıxarma sənayesində avadanlıqların vəziyyətlərinin proqnozlaşdırılması və dəyişməsinin diaqnostikasını həyata keçirən 5 laylı neyro qeyri-səlis şəbəkə üzərində intellektual sistem işlənmişdir. Sistem Balaxanı NQÇİ-də aprobasiyadan keçib;

-Neft-qaz yataqlarının məsələləri üçün qərar qəbuletmə inteqrasiyalı ekspert sistemi işlənmiş və işin nəticələri ARDNŞ-ın "Elmi tədqiqatlar” institutunda praktiki işlərdə (Azərbaycanın Abşeron yarımadasının Korgöz-Qızıltəpə-Şonqar yatağının laylarının kollektorluq xassələrinin və neftqazla doymasının qiymətləndirilməsi üçün) tətbiq edilmişdir;

-Bioloji proseslərin tədqiqi nəticəsində çoxsaylı reduplikasiyanın təkamül mümkünlüyünün riyazi modeli qurulmuş və analiz edilmişdir;

-Kimyəvi maddələrlə zəhərlənmələrin (dəm qazı və laboratoriya analizləri olmadan onunla eyni klinikası olan 15 kimyəvi maddə) diferensial diaqnostika, proqnoz və monitorinq edən çoxmodullu intellektual-informasiya sistemi işlənmişdir. Sistem Bakı ş. Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasında və Bakı ş. 1 saylı klinik xəstəxanasının toksikoloji şöbəsində tətbiq olunur. Nəticələr monoqrayiya şəklində ingilis dilində LAMBERT şəşriyyatında dərc edilib (Almaniya);

-Peritonitin ağırlıq dərəcəsini və gələcək inkişafını təyin edən dördpilləli ekspert sistemi işləmnişdir;

-Qalxanabənzər vəzin funksional vəziyyətini təyin edən ekspert sistemi işlənib;

-Müstəvidə mürəkkəb surətlərin tanınması üçün riyazi morfologiya əsasında alqoritmlər işlənmiş və qalxanabənzər vəzin USM şəkillərində sadə və toplum şəklində olan düyünlərin tanınması və düyünün kütləsi hesablanmışdır;

-Tətbiqi incəsənətə aid olan azərbaycan əl xalıları tədqiq edilmiş, Respublikanın müxtəlif region və məktəblərinə məxsus olan 1300-ə yaxın naxışlar və ornamentlər bazası yaradılmış, onların tanınması alqoritmləri və üsulları təklif edilmişdir. Bunların əsasında intellektual-informasiya sistemi işlənmişdir. Nəticədə Avrasiya patenti alınmışdır;

-Resursların və istehlakçıların şəbəkədə paylanmasının riyazi modeli qurulub və informasiya kanalları ilə resurs daşıyıcılarının üzərinə düşən gərginliyin asimptotik qiymətləndirilməsi məsələsi öz həllini tapıb. Nəticə "Mathematical model of networks with shared resources”(42 s.) preprint şəklində dərc edilib;

-Variasiya hesablanmaları əsasında diskret geodeziya məsələsinin həlli üsulu təklif edilir. Nəticə "Discrete geodesic problem in logistics modelling" (61 s.) preprinti şəklində dərc edilmişdir;

-“İntellektual diaqnostika sistemləri” monoqrafiyası dərc edilmiş (271s.) və Yüksək Texnologiyala və Rabitə Nazirliyinin müsabiqəsində texnika sahəsində dərc edilən nəşrlər arasında birinci yer tutmuşdur;

-“İnformasiya texnologiyaları:toksikologiyada diaqnostika və monitorinq” adli monoqrafiya dərc edilmişdir (232S.);

-Tibbi-bioloji tədqiqatlarda modelləşdirmə məsələləri araşdırılmış və dəri mikozlarının epidemiologiyasına və ayrı-ayrı regionlarda yayılmasına aid nəticələr əldə edilmiş, Respublikada bu xəstəliyin yayımasının və proqnozunun electron xəritəsi təklif edilib;

-İnsan orqanizmində yarana bilən törəmələrin ən erkən diaqnostika və proqnozu üçün intellectual-informasiya sistemi işlənmişdir – sistemə mürəkkəb surətin tanınması üçün proqram paketi və törəmənin varlığı, onun xüsusiyyətlərini aşkarlayan predictor anlayışı təklif edilib;

-Eko və biosistemin tərkib hissəsi olan Ceyranbatan su anbarında içməli suyun təhlükəsizliyini təmin etmək məqsədi ilə suyun fiziki, kimyəvi, mikrobioloji,orqanoleptik göstəriciləri araşdırılır. Onların Ümumdünya, Avropa, MDB və Abşeron yarımadasında norma kimi qəbul edilmiş göstəricilərlə müqayisəli analizi aparılmış. Bu qurumlara daxil olmayan göstəricilərə müstəqil baxılmış və onların variabelliyinin həm ayrı-ayrılıqda, həm də kumulyativ olaraq suyun tərkibinə olan təsirinə baxılır. Monitorinqlərin önəmliyi və xüsusi ilə ölçmə tezliklərinin intervallarının düzgün təyin edilməsi su göstəricilərinin bilavasitə keyfiyyətini yüksək səviyyəyə qaldırmaq imkanı yarada bilər;

-Multiagent sistemlərinin tətbiq sahəsi kimi günümüzün problemi olan COVİD-19 seçilib. Sistemin bir versiyasının konseptual modeli və arxitekturası qurulub. Məsələnin qoyuluşu MAS modeli vasitəsi ilə insanın virusa yoluxmasından başlayaraq sağalana qədər keçdiyi zaman parçasını müşahidə edir. Bunun üçün proses mərhələlərə parçalanır və onlar arasında rabitə agentlər vasitəsilə yerinə yetirilir. İşdə vurğu reaktiv agentlərə yönəlmişdir. Onların bacarıqları, funksional yükləri, qəbul/ötürmə imkanları araşdırılır;

-Xalqın mənəvi dəyərini əks etdirən Azərbaycan xalçaları və əl istehsalı xalça məmulatları kataloqunun elektron versiyası üçün problemin həllinə multidissiplinar yanaşma təklif olunur ki, bunun üçün riyaziyyat metodlarından, müasir informasiya texnologiyalarından və süni intellektdən geniş istifadə olunur. Xalçaların kataloqu üçün zaman və məktəb üzrə sistemləşdirmə, onun yaranma tarixini, ornament və naxışların mənşəyini, toxuculuq texnologiyasını, heyvan və bitki ilə əlaqəni üzə çıxaran intellektual informasiya sisteminin çoxmərhələli strukturu hazırlanmışdır;

-Səhiyyə sahəsində süni intellektin tətbiqi əlilliyi olan insanların problemlərinin həllini daha da reallaşdırır. Görmə qabiliyyəti zəif olan insanlar üçün o, ağıllı gəzinti çubuqları şəklində təzahür edir. Danışma/eşitmə məhdudiyyəti olan insanlar üçün işarə dilinin tanınması işə düşür. İşarə dilinin tanınması (SLR), kompüter görməsinin adi cəmiyyət üzvləri ilə eşitmə/danışma məhdudiyyəti olan insanlar arasında körpü rolu oynamasını təmin edir. Məqsədimiz vizual təsvirə əsaslanan tanınma ilə bağlı problemləri araşdırmaq olduğundan tədqiqata cəlb olunan material video və müvafiq mətnlərdən məlumatların işarə dilinə “tərcümə”sindən ibarətdir. Məhdudluğu olan insanlar üçün ünsiyyət əlaqələrini formalaşdıran süni intellekt və maşın öyrədilməsi nəzəriyyələrindən istifadə edərək sistemin işlənməsidir.