Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Renium ərintilərinin elektrokimyası və elektrokatalizi laboratoriyası

Renium ərintilərinin elektrokimyası və elektrokatalizi laboratoriyası
Tel. (+994 12) 5108591
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_17@kqki.science.az  
Struktur bölmənin rəhbəri Elza Əbdüləziz qızı Salahova
Kimya elmləri doktoru, böyük elmi işçi
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Renium tərkibli ərintilərin nanotəbəqələrinin elektro­kimyəvi sintezi və elektrokatalitik  proseslərdə  tətbiqi. 
Əsas elmi nəticələri Renium və xalkogenin birgə elektrolitik çökmə prosesinin öyrənilməsi nəticəsində yarımkeçirici xassəli renium xalkogenidlərinin  Re-X(X=S, Se, Te) elektrokimyəvi üsul¬la alınması üçün qələvi və turşu elektro-litlərindən komponentlərin nisbətlərinin ge-niş diapazonunda  elektrolit və optimal elektroliz şəraiti seçilmişdir.   Nazik təbəqəli renium xalkogenidləri əsasında alınmış diod quruluşunun statik və dinamik volt-amper xarakteristikaları tədqiq edilmişdir. Müəyyən edilmişdir ki,  diod quruluşu çevrilmə və yaddaş effektinə malikdir. Bu cür xassəli  cihazlar yarımkeçirici çeviricilərin hazırlanmasında istifadə edilə bilər. İlk dəfə olaraq nazik təbəqəli renium xalkogenidlərinin fotoelektrokimyəvi aktivliyi tədqiq edilmiş və bu təbəqələrin günəş enerjisinin kimyəvi enerjiyə çevrilməsində fotoelektrod materialı kimi istifadə  olunması tövsiyə edilmişdir.