Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Ekoloji kataliz laboratoriyası

Ekoloji kataliz laboratoriyası
Tel. (+994 50) 6400664,(+994 12) 5108591 
Faks (+994 12) 5107442 
Elektron poçtu laboratory_13@kqki.science.az  
Struktur bölmənin rəhbəri Arif Cavanşir oğlu Əfəndi
Kimya elmləri doktoru
İşçilərin ümumi sayı 22 
Əsas fəaliyyət istiqamətləri  Ətraf  mühitin çirklənməsinə səbəb olan tullantı qazlarının tərkibində olan azot və karbon oksidlərinin, xlorlu karbohid­rogenlərin utilizasiyası üçün səmərəli katalitik sistemlərin  işlənib  hazırlanması. 
Əsas elmi nəticələri Alifatik, olefin, dien, tsiklik, aromatik kar­bohid­rogenlərin hallogenli törəmələrinin müxtəlif daşıyıcılar üzərinə çökdürülmüş vanadiummolibden, fosfor, sürmə, kobaltbismutoksid katalizatorların səthində əhəmiyyətli üzvi turşu, anhidrid və aldehidlərə katalitik oksidləşmə proseslərinin və kiçik molekullu alifatik spirtlərin sirkoniumdəmir, vanadium ərintilə­ri, onların hidridləri üzərində oksidləşdirici dehidrogenləşmə reaksiyalarının elmi əsasları işlənib hazırlanmışdır. Bu proseslər üçün yüksək aktivlik və selektivlik göstərən katalitik sistemlər sintez olunmuş,aktivlik və selektivlik sıraları müəyyən edilmişdirBu proseslərin kinetik qanunauyğunluqları müəyyən edilmiş, hər bir proses üçün kinetik modellər tərtib olunmuşdur. Katalitik sistemlərin  dezaktivləşmə və reaktivləşmə dinamikası tədqiq edilmiş, yeni qeyri-ənənəvi aktivləşmə üsulları təklif edilmiş­dir. Bu proseslərin ekoloji problemlərinin həllində praktiki əhəmiyyətini nəzərə alaraq, onların prinsipial texnoloji sxemləri, riyazi modelləri işlənib hazırlanmış və optimal layihə­ləşdirilməsi təklif olunmuşdur.