Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi laboratoriyası

Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi laboratoriyası
Tel. (+994 55) 7185264,
(+994 12) 5108591
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_6@kqki.science.az
Struktur bölmənin rəhbəri Mirsəlim Mirələm oğlu Əsədov

Kimya elmləri doktoru, professor, böyük elmi işçi

İşçilərin ümumi sayı 15
Əsas fəaliyyət istiqamətləri  Tərkibində mikro- və nanohissəciklər sax­layan çoxkomponentli qeyri-üzvi sistemlərdə fiziki-kimyəvi hadisələrin tədqiqi, kadmium-tellur və qallium-selen birləşmələri əsasında perspektiv  funksional materialların alınma texnologiyasının inkişaf  etdirilməsi. 
Əsas elmi nəticələri Çoxkomponentli heterogen sistemlərdə, o cümlədən tərkibində əhəmiyyətli qeyri-üzvi və üzvi maddələr saxlayan sistemlərdə, faza tarazlığının topoloji qanunauyğunluqlarını müəyyən etmək üçün nəzəri və hesablama üsulları işlənib hazırlanmışdır. Vacib mürəkkəb tərkibli yarımkeçirici sistemlərdə fiziki və fiziki-kimyəvi parametrlərin tədqiqi, modelləşdirilməsi və hesablanması aparıl­mışdır. Təbii qaz-maye sistemində aşağı temperaturlarda gedən kristallaşma pro­sesinin termodinamikası və kinetik parametrləri hesablanmışdır.