Dinamik sistemlərdə xaos laboratoriyası

Tel. (+994 12) 5372149  
Faks (+994 12) 5395961  
Elektron poçtu shahverdiev@physics.ab.az  
Struktur bölmənin rəhbəri f.r.e.d. Şahverdiyev Elman Məhəmməd oğlu 
İşçilərin ümumi sayı 4
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyada elmi işlər bir neçə elmi istiqamət üzrə aparılır:Bərk cisim fizikası; lazer fizikası və kvant elektronikası; optika;fiziki elektronika;biofizika;statistik fizika, o cümlədən dynamik sistemlər və xaos;informasiyanın mühafizəsi üsulları və və sistemləri; elektrik sistemləri.

Fəaliyyət istiqamətləri:

1)Lazer xaosu əsasında təhlükəsiz informasiya mübadiləsi sistemlərinin fundamental tədqiqi;2) xaosun idarə olunması hesabına stabil lazer mənbələrinin yaradilması;3)lazer sistemləri arasında sinxronlaşma xətasının idarə olunması hesabına bir-birinə transformasiya olunan məntiq elementlərinin yaradılmasının nəzəri əsaslarının araşdırılması

4) Josefson kontaktlarının sinxronlaşması hesabına tətbiq üçün kifayət qədər gücə malik Teraherz generatorlarının yaradılması imkanlarının tədqiqi

5) sinxronlaşma rejimləri arasında keçid hesabına  bir-sıra epidemik xəstəliklərin, fasiləsiz elektrik enerjisi təminatının imkanlarının araşdırılması

Əsas elmi nəticələri

Modulyasiya olunmuş əks-əlaqə rabitəsinə malik  xaotik  lazer sistemlərinin təhlükəsiz informasiya mübadiləsində mühüm rol oynaya biləcəyi müəyyən edilib;

xaosun idarə olunması hesabına stabil lazer mənbələrinin yaradilmasının mümkünlüyü göstərilib;

lazer sistemləri arasında sinxronlaşma xətasının idarə olunması hesabına bir-birinə transformasiya olunan məntiq elementlərinin  kompakt və daha yüksək kompyüterlərin yaradılmasında principal rolu aşkar edilib;

Müəyyən edilib ki,  sinxronlaşma rejimləri arasında keçid hesabına  bir-sıra epidemik xəstəliklərin qarşısının alınması, fasiləsiz elektrik enerjisi təminatı mümkündür;

Josefson kontaktlarının sinxronlaşması hesabına tətbiq (məsələn distant security scan üçün) üçün kifayət qədər gücə malik Teraherz generatorlarının yaradılmasının mümkünlüyü göstərilib.

Xaosun xaosla idarə olunmasının mümkünluyü müəyyən edilib.