Tel. | (+994 12) 5393218 | |
Faks | (+994 12) 5395961 | |
Elektron poçtu | zangi@physics.ab.az | |
Struktur bölmənin rəhbəri | F.r.e.d. Əjdərov Hüsnü-Cəngi Xəlil oğlu | |
İşçilərin ümumi sayı | 9 | |
Əsas fəaliyyət istiqamətləri | Aşqarlanmış almazabənzər yarımkeçiricilərin elektron xassələri və texnologiyası. | |
Əsas elmi nəticələri | Aşqar atomlarını əhatə edən nanohəcmlərin tərkibi və strukturu ilə yarımkeçirici bərk məhlul kristallarının elektron xassələri arasındakı əlaqələr aşkar edilib və araşdırılıb.
Germanium-silisium kristalları sistemində geniş sayda dərin və dayaz aşqar atomlarının əsas enerji hallarının spektri təyin edilib. Geniş temperatur intervalında Ge-Si sistemində elektron və deşiklərin əsas səpilmə mexanizmləri və qanunauyğunluqları öyrənilib. Yarımkeçirici bərk məhlul sistemlərinin verilmiş tərkibdə alınması, onların müxtəlif aşqar elementlərlə leqinə edilmə texnologiyaları və bu məsələlərin fiziki-riyazi əsasları geniş inkişaf etdirilib. Almazabənzər A 3 B 5 kristallarında uzununa maqnit sahəsinin ultrakvant rejimində böyük neqativ maqnit müqaviməti müşaidə edilib və nəzəri araşdırılıb. Laboratoriyada yerinə yetirilən iki fəlsəfə doktoru dissertasiyaları (mürəkkəb aşqarlanmış Ge-Si kristallarının alınmasına və elektron hassələrinin tədqiqinə həsr edilən) Almaniyanın “Lambert Academic Publishing” nəşriyatında 2013 ildə monografiya statusunda çap olunub. |