Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Geotermiya şöbəsi

Geotermiya şöbəsi
Tel. (+994 12) 5100141
Faks (+994 12) 4975285
Elektron poçtu abdulvahab.mukhtarov@gmail.com
Struktur bölmənin rəhbəri Abdulvahab Şərif oğlu Muxtarov

g.-m.e.d. 

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Yerin istilik sahəsinin tədqiqi; istilik mənbələri; süxurlarda radioaktiv elementlərin (U, Th, K) parçalanması hesabına ayrılan istiliyin təyini; geoloji obyektlərdə, quyularda və  dənizdə geotermik tədqiqatlar; geoloji mühitdə istilik-daşınma prosesləri; geoloji proseslərin geotermik modelləri; neft və qazın əmələgəlməsində çöküntü hövzələrinin termal inkişafının rolu; geotermik məlumatların geoloji interpretasiyası; alternativ enerji – geotermal resursların tədqiqi və qiymətləndirilməsi; Azərbaycanda geotermal enerjidən istifadə edilməsinin özəllikləri və ekoloji problemləri.
Əsas elmi nəticələri Azərbaycanın 10000-dən çox temperatur və istilikkeçirmə əmsalı, 1000-ə qədər radiogen istilik generasiyası, 31 palçıq vulkanında ölçülmüş 200-dən çox temperatur ölcüsü məlumatlarını özündə əks etdirən geotermik məlumat bazası yaradılmışdır.

Geotermik parametrlərin real zaman miqyasında monitorinqi üçün çoxkanallı rəqəmsal telemetrik sistem işlənmişdir.

Cənubi Xəzər hövzəsində horizontal geotermik qradiyentlərin paylanmasının yer qabığında toplanan gərginliklərlə uyğunluğu aşkar edilmişdir.

CXH-nin istilik seli, temperatur, şaquli və üfqi qradiyentlərin paylanma xəritələri tərtib olunmuş, istilik sahəsinin strukturu və istilik anomaliyaları aşkarlanmış və onların təbiəti öyrənilmişdir.

Xəzər regionunun istilik seli xəritəsi tərtib edilmişdir. Cənubi Xəzər çökəkliyinin okean tipli qabıq blokunun subduksiyasının mümkünlüyünü təsdiq edən istilik selinin anomaliyaları aşkar olunmuşdur.

CXH üçün tərtib olunmuş rəqəmsal termal təkamül modelinin köməyi ilə neftin və qazın generasiyasının temperatur zonaları təyin olunmuş və onların dərinliyi qiymətləndirilmiş, 4-9 km dərinlikdə neftin, 15 km qədər dərinliklərdə isə qazın əmələ gəlməsi üçün temperatur şəraitinin mövcud olduğu aşkar edilmişdir.

Hövzənin termal təkamülünün rəqəmsal modelinin və yeni sxematik geotermik xəritələrin (temperaturun paylanması, şaquli və üfqi temperatur qradiyentləri, istilik seli xəritələri) köməyi ilə CXH-nin istilik sahəsinin məkan-zaman strukturu aşkar olunmuşdur.

Palçıq vulkanlarının fəaliyyəti ilə bağlı olduğu güman edilən və qiyməti 600 mVt/m2 çatan lokal müsbət geotermik anomaliyalar aşkar edilmişdir. Kanal boyunca flüid selinin sürətini nəzərə almaqla palçıq vulkanının kanalında istilik-kütlə daşınmasının vulkanının fəaliyyətinin müxtəlif mərhələlərində temperaturun şaquli paylanmasını aşkar etməyə imkan verən riyazi modeli tərtib edilmişdir.

Azərbaycanda ilk dəfə olaraq depressiya zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji resursları kəmiyyətcə qiymətləndirilmiş və ilk növbədə istifadə oluna biləcək obyektlər müəyyənləşdirilmişdir.

Azərbaycanda quyu temperaturlarının inversiyası üzrə tədqiqatlar aparılmış və müəyyən edilmişdir ki, XIX əsrin birinci yarısından sonra bu regionda iqlim temperaturları təxminən 1-2°C artmışdır.