Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Elmi-informasıya və patent tədqiqatları şöbəsi

Elmi-informasıya və patent tədqiqatları şöbəsi
Tel. (+994 50) 5922663, (+994 12) 5107442 
Faks (+994 12) 5107442 
Elektron poçtu depart_inf@kqki.science.az 
Struktur bölmənin rəhbəri Qulu-zadə Esmira Sadıx qızı

Kimya üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri  Elmi-texniki və patent məlumatlarının toplanması, təhlili və sistemləşdirilmə­si, Dövlət Qeydiyyat Mərkəzinə  sənədlərin təqdimatı və dövrü elmi tədbirlərin təşkili, www.science.az internet  saytında olan institutumuzun səhifəsindəki məlumatların vaxtaşırı yeniləşdirilməsiməsi
Əsas elmi nəticələri İnstitutun strukturu, laboratoriya və sektorlarda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri və əldə edilmiş elmi nəticələr haqqındakı məlumatlar ingilis, rus və azərbaycan dillərində hazırlanmış, Milli Elmlər Akademiyasının www.science.az  saytında  yerləşdirilmişdir. Həmin saytdakı elmi nəticələr haqqında olan məlumatlar vaxtaşırı olaraq yeniləşdirilir. İnstitutun elektron poçtuna xaricdən gələn məktubların, konfrans və simpoziumlar haqqında məlumatların azərbaycan dilinə, həmçinin, əməkdaşlar tərəfindən xaricə göndərilən elmi əsərlərin və lazımi sənədlərin ingilis dilinə tərcüməsi şöbənin tərcüməçiləri tərəfindən yerinə yetirilir. İnternet vasitəsilə institutun elmi-tədqiqat işlərinin istiqamətlərinə uyğun axtarışlar vaxtaşırı aparılaraq məlumatlar toplanılır. Respublikamızda kimyanın müxtəlif sahələrindəki elmi yeniliklərin əməkdaşlara çatdırılması üçün konfranslar və institutda əvvəllər çalışmış görkəmli kimyaçıların həyat və yaradıcılığına həsr edilmiş yubiley iclasları təşkil olunur və konfrans materialları kitabça şəklində çap olunur.