| Tel. | ||
| Faks | ||
| Elektron poçtu | ||
| Struktur bölmənin rəhbəri | filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov | |
| İşçilərin ümumi sayı | 7 | |
| Əsas fəaliyyət istiqamətləri | Müasir dilçiliyin nəzəri problemlərinin tədqiqi, Azərbaycan dilçiliyinin nəzəri səviyyəsinin yüksəldilməsi, Azərbaycan dili mətnlərinin koqnitiv, semiolinqvistik təhlili və tədqiqi, dünya dilçilik irsinin öyrənilməsi və Azərbaycan dilinə tərcümə edilməsi məsələləri | |
| Əsas elmi nəticələri | Şöbədə abidələrin dilinin kompüter tədqiqi ilə əlaqədar «Kitabi-Dədə Qorqud» dastanlarının və Məhəmməd Füzulinin Azərbaycan dilində olan nəzm əsərlərinin statistik təhlili aparılmışdır. Şöbə əməkdaşları AMEA Kibernetika və İnformasiya Texnologiyaları İnstitutları ilə birgə elmi tədqiqatlar aparmış, azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca maşın tərcüməsi sisteminin hazırlanması sahəsində işlər görmüşlər. | |