Meyvə bitkiləri şöbəsi

Tel. (+994 12) 5628625 (123)  
Faks (+994 12) 4499221  
Elektron poçtu

mirza.musayev@yahoo.com

mirza.musayev@genres.science.az

Struktur bölmənin rəhbəri Mirzə Kamal oğlu Musayev 
İşçilərin ümumi sayı 18
Əsas fəaliyyət istiqamətləri 

Respublika ərazisində meyvə, giləmeyvə bitkilərinin və üzümün on-farm/in-situ şəraitdə mövcud olan genetik ehtiyatlarının toplanması, kolleksiyalarının zənginləşdirilməsi, təsviri, təsərrüfat göstəricilərinin qiymətləndirilməsi, onlardan seleksiya və ərzaq sahələrində səmərəli istifadə edilməsi;

Subtropik və giləmeyvə bitkilərinin sort və formalarının respublika ərazisində areallarının təyin edilməsi və toplanması;

Ekspedisiyalar nəticəsində əldə edilmiş subtropik və giləmeyvə bitkilərinin genetik ehtiyatlarının bərpa edilərək qorunması məqsədilə artıtılması və kolleksiyalara daxil edilməsi;

Əsas elmi nəticələri

Meyvə və giləmeyvə bitkilərinin yeni genofond kolleksiyaları, o cümlədən üzümün yeni ampeloqrafik kolleksiyası yaradılmış və zənginləşdirilmişdir. Meyvə-giləmeyvə bitkilərinin mədəni sortları və onların yabanı əcdadlarına aid edilən formalarla birlikdə 7000-dən artıq əkin materialı yetişdirilərək kolleksiyalara daxil edilmişdir.

İnstitutun genofond kolleksiyalarında cəmlənmiş subtropik və giləmeyvə bitkilərinin 600-dən artıq sort və formalarının bioloji xüsusiyyətləri və təsərrüfat göstəriciləri müqayisəli şəkildə tədqiq edilərək qiymətləndirilmişdir. Müsbət bioloji-təsərrüfat göstəricilərinə malik sort və formalar müəyyənləşdirilmiş və təsərrüfatlarda istifadə üçün tövsiyə edilmişdir.