Texniki və yem bitkiləri şöbəsi

Tel.

(+994 12) 5628525 (118)

(+994 12) 4499221   
Faks (+994 12) 4499221   
Elektron poçtu

ruhangiz.mammadova@fulbrightmail.org

Struktur bölmənin rəhbəri Məmmədova Ruhəngiz Bəxtiyar qızı 

Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

İşçilərin ümumi sayı 16
Əsas fəaliyyət istiqamətləri 

Texniki və yem bitkiləri genofondunun toplanması, tədqiqi, seçilmiş formaların seleksiyada istifadə edilməsi, əlamət və özək kolleksiyalarının yaradılması;

Pambığın G. hirsutum L., G.arboreum L. və G. barbadense L. növlərinə aid müxtəlif mənşəli kolleksiya nümunələrinin, xromosomu əvəzlənmiş xətlərin, növlərarası hibrid və mutantlarının öyrənilməsi;

Diploid və triploid şəkər çuğunduru sortlarının toxumlarına qamma şüası ilə təsirdən yaranan genetik dəyişkənliklərin öyrənilməsi;

Paxlalı (Fabaceae Lindl.) və taxıllar (Poaceae Barnhart) fəsiləsinə aid yem bitkilərinin və tütünün (Nicotiana L.) özək kolleksiyalarının yaradılması, seleksiya əhəmiyyətli formaların seçilməsi.

Əsas elmi nəticələri

1. İlk dəfə olaraq 18 pambıq genotipində müxtəlif xromosom introqressiyaları həyata keçirilmiş, introqressiyalar 139 SSR markerlə təsdiq edilərək unikal germplazm kimi qeydiyyatdan keçirilmişdir.

2. Pambığın TM-1 yüksək inbred (G.hirsutum L.) və ikiqat haploid (G.barbadense L.) genotiplərinin Verticillium vilt patogeninin konidiya suspenziyası ilə inokulyasiyasından sonra quayakol peroksidaza antioksidant enziminin aktivliyinin artması və müdafiə mexanizmində iştirakı müəyyən olunmuşdur.

3. Şəkər çuğundurunun (Beta L) diploid və triploid sortlarının toxumlarına qamma şüasının müxtəlif dozaları və temperaturun təsiri zamanı kombinativ təsirin mutagen effektinin daha yüksək olduğu müəyyən olunmuşdur.