Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Tibbi botanika və fitoterapiya laboratoriyası

Tibbi botanika və fitoterapiya laboratoriyası
Tel. (+994 12) 4548297 
Faks (+994 12) 4540374 
Elektron poçtu sadigovtofig@mail.ru 
Struktur bölmənin rəhbəri Sadıqov Tofiq Müzəffər oğlu
Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri 

Laboratoriyanın əsas elmi fəaliyyəti bioloji ehtiyatların artırılması və fitoterapiyanın inkşafına istiqamətlənmişdir.-Ekoloji pressinq şəraitində əhalinin sağlamlığının qorunması üçün Azərbaycanın bitki ehtiyatlarının mobile-zasiyası: Dərman bitkilərinin introduksiyası; Azərbaycan florasından yeni növlərin, bioloji aktiv maddələrin qiymətli introdusentlərin seçimi dərman bitkilərinin xammal bazasının zənginləşmə perspektivlərinin öyrənilməsi; Dərman bitkilərinin morfoloji və biokimyəvi əlamətlərinin növ dəyişkənliyinin tədqiqatı; fitokimyəvi skrininqi, onların kompleks və səmərəli istifadə imkanlarının öyrənilməsi;

Xüsusi mənşəli yeni vitamin və müalicəvi-profilaktik məh-sulların alınması və istifadəsi.

Əsas elmi nəticələri

Ekoloji pressinq şəraitində əhalinin sağlamlığının qorunması üçün Azərbaycan florsasında olan bitki ehtiyatlarının mobilizasiyası.

Xüsusi mənşəli vitaminli və müalicəvi-profilaktik məhsulların alınması və istifadəsi istiqamətində mühüm elmi tədqiqat işləri aparılır.

Azərbaycanda qədimdən müalicəvi, boyaq və kosmetik vasitələri ilə şöhrət tapmış xına, basma bitkilərinin arealı, botaniki xüsusiyyətləri, aqrotexnikası, sənayedə və xalq təsərrüfatında əhəmiyəti haqqında aparılan tədqiqatlar yekunlaşdırılmış “Azərbaycanda xına, basma bitkilərinin becərilmə texnologiyası və kosmetik tibbi müalicəvi əhəmiyyəti” kitabı dərc edilmişdir. Bakı, “Nurlan”, 2007, 206 səh.