Tel. | (+994 12) 5149453,
(+994 12) 5149612 |
|
Faks | (+994 12) 5149612 | |
Elektron poçtu | aki05@mail.ru | |
Struktur bölmənin rəhbəri | Mirzə Məmməd oğlu Mövsümzadə
kimya üzrə elmlər doktoru, professor |
|
İşçilərin ümumi sayı | 12 | |
Əsas fəaliyyət istiqamətləri | Yanacaqların istismar xassələrini yaxşılaşdıran aşqarların sintezi və tədqiqi | |
Əsas elmi nəticələri | Tüstüyə qarşı aşqar kimi müxtəlif metalsaxlayan birləşmələr sintez edilmişdir;
Molekulunda müəyyən funksional qruplar və heteroatomlar saxlayan yeni üzvi birləşmələr sintez edilmişdir. Müəyyən edilmişdir ki, dizel yanacaqları üçün ən effektli tüstüyə qarşı aşqar alkilfenolların barium və kalsium saxlayan törəmələridir; Tüstüyə qarşı ИХП-706 aşqarı alınmış və sənayedə tətbiq olunmuşdur; Aviasiya yanacaqlarına oksidləşməyə qarşı ИХП-712 aşqarı alınmışdır; Tərkibində çox miqdarda karbon turşusu və hidrogen sulfid olan aqressiv mühitlər üçün metal korroziyası ingibitorları işlənib hazırlanmışdır; Bor turşusunun efirləri və tüstüyə qarşı aşqar əsasında yeni yanacaq kompozisiyası işlənib hazırlanmışdır; Bitki yağlarının nano katalizatorun iştirakı ilə transefirləşməsi reaksiyası vasitəsilə biodizel yanacaqlarının alınması üzrə işlər aparılır. |