Tel. |
(+994 12) 5149453,
(+994 12) 5149612
|
Faks |
(+994 12) 5149612 |
Elektron poçtu |
aki05@mail.ru |
Struktur bölmənin rəhbəri |
Əmirçoban Nəsir oğlu Ağayev
texnika üzrə elmlər doktoru, professor
|
İşçilərin ümumi sayı |
7 |
Əsas fəaliyyət istiqamətləri |
Müxtəlif mənşəli alkilaromatik sulfoturşuların qələvi-torpaq metal duzlarının sintezi və onların mühərrik yağlarına yuyucu-dispersedici aşqar, yağlayıcı-soyuducu mayelərə (YSM) əlavə və korroziya inhibitorları kimi tədqiqi |
Əsas elmi nəticələri |
- Bakı neft yağları, sintetik və yarımsintetik alkilaromatik karbohidrogenlər əsasında müasir tələblərə cavab verən НСК, С-150 və С-300 tipli sulfonat aşqarların sintezinin elmi əsasları işlənib hazırlanmışdır;
- müxtəlif quruluşlu alkilfenollar əsasında əsası və yüksək qələvili çoxfunksiyalı alkilfenolsulfonatların sintezi üsulları öyrənilmişdir;
- aşqarların quruluşları və effektivlikləri arasındakı qanunauyğunluqlar müəyyən edilmişdir;
- yarımsintetik xammal əsasında yüksək keyfiyyətli aşqarların alınması üçün yeni orjinal üsul işlənib hazırlanmışdır;
- sulfolaşma mərhələsindən yan keçməklə müxtəlif quruluşlu alkilfenollar əsasında hidroksialkilbenzilsulfonat tipli çoxfunksiyalı aşqarların ekoloji təmiz alınma texnologiyaları işlənib hazırlanmışdır;
- xüsusi mühərriklər üçün yağ kompozisiyaları tərtib olunmuş və istehsalata tədbiq olunmuşdur;
- aparılmış tədqiqatların nəticələri əsasında sintez olunmuş aşqarların müxtəlif qrup yağ kompozisiyala-rında istifadə edilməsi üçün konkret tövsiyələr verilmişdir.
|