Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  17 saylı şöbə

17 saylı şöbə
Tel. (+994 12) 5397213
Faks  
Elektron poçtu depart17@iit.science.az
Struktur bölmənin rəhbəri Akademik, professor Əliquliyev Rasim Məhəmməd oğlu
İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri  1. İnformasiya cəmiyyətinin elmi-nəzəri problemləri;

2. İnternetşünaslığın problemləri;

3. İnternetin tənzimlənməsi problemləri;

4. E-dövlət problemləri;

5. İnformasiya iqtisadiyyatı problemləri;

6. İnformasiya müharibəsi problemləri;

7. Sosial şəbəkə problemləri;

8. Sosial medianın problemləri.

Əsas elmi nəticələri - Loq-faylların analizi əsasında İnternetdə istifadənin analizi üçün metod və alqoritmlər işlənmişdir;

- Spamlarla mübarizə metodları işlənilmişdir;

- İnternetin hüquqi tənzimlənməsi problemləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir;

- E-dövlətin formalaşdırılması və səmərəli idarə olunmasının əsas prinsipləri tədqiq edilmiş və müqayisəli təhlillər aparılmışdır;

- E-dövlətin idarə edilməsində əks-əlaqə mexanizmi kimi GİS texnologiyalar və informasiya fəzasının kontent analizi metodları təklif olunmuşdur;

- Viki-mühitdə informasiya müharibəsi texnologiyaları analizi üçün metod və alqoritmlər işlənilmişdir;

- Viki-mühitdə gizli sosial şəbəkələrin aşkarlanması üçün metod və alqoritm işlənilmişdir;

-İnformasiya qarşıdurmasında multimedia resurslarının effektiv tətbiqi üçün metod və alqoritm işlənilmişdir;

- Viki-mühitdə toplanmış kontentin informasiya təsirində yararlılığının təyini üçün metod və alqoritm işlənilmişdir;

- İnternet-asılılıq problemləri araşdırılmış, onunla mübarizə üçün metodlar işlənilmişdir;

- Əşyaların İnterneti konsepsiyasının perspektivləri və problemləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir;

- İnformasiya cəmiyyətində bazar iqtisadiyyatının transformasiyası məsələləri analiz edilmiş, müəyyən nəticələr alınmışdır;

- İnternet mühitində intellektual mülkiyyət hüquqlarının qorunması problemlərinin həlli üçün təkliflər işlənilmişdir;

- İnternet-medianın formalaşması məsələləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir;

- İnternetin fəlsəfi, sosial, psixoloji, siyasi, iqtisadi, mədəni və etik aspektləri analiz edilmiş, müəyyən nəticələr alınmışdır;

- Azərbaycanda ilk dəfə olaraq “İnformasiya cəmiyyətinin əsasları” kursu formalaşdırılmış və 2008-2012-ci illərdə pilot layihəsi kimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə tədris edilmişdir.