15 saylı şöbə

Tel. (+994 12) 5399739
Faks (+994 12) 5396121
Elektron poçtu depart15@iit.science.az
Struktur bölmənin rəhbəri Texnika elmləri doktoru, professor Məsumə Hüseyn qızı Məmmədova
İşçilərin ümumi sayı 6
Əsas fəaliyyət istiqamətləri  1. Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri;

2. Virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri;

3. Elektron tibbin formalaşması problemləri.

Əsas elmi nəticələri - Qeyri-səlis relyasion strukturlu biliklərin lokal və paylanmış mühitdə emalı texnologiyasının nəzəri və metodoloji əsasları işlənilmişdir;

- Təşkilati-idarəetmə sistemlərində fərdi və kollektiv qərarların qəbul edilməsi metodları işlənilmışdir;

- Elmi-təşkilati fəaliyyətdə qərarların qəbulunu dəstəkləyən AZEREKS ekspert sistemi işlənilmiş və bu sistemə müəlliflik şəhadətnaməsi alınmışdır;

- Texnoloji proseslərin intellektual idarə edilməsi üçün qeyri səlis biliklərə əsaslanan model və sintez metodları təklif olunmuşdur;

- Enerji sistemlərində operativ-dispetçer idarəetmə məsələlərinin həlli üçün qərarların qəbulunun intellektual dəstəklənməsi metodları işlənilmişdir;

- Pilotaj texnikasının intellektual idarə edilməsi üçün uçuş informasiyasının emalı texnologiyası işlənilmış, pilotaj fiqurlarının tanınması və uçuş tapşırığının icra keyfiyyətinin qiymətləndirilməsi məsələləri həll edilmişdir;

- Azərbaycan dilinin formal modelləri yaradılmış və onların əsasında linqvistik prosessor qurulmuşdur;

- Maşın-tərcümə sistemində avtomatik lüğətin optimal strukturunun təyin edilməsi metodları işlənilmişdir;

- Biliklər bazası və ekspert sistemləri əsasında Azərbaycan dilli mətnlərin avtomatlaşdırılmış emalının konseptual əsasları işlənilmişdir;

- Təşkilatda personalın idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsi üçün model və metodlar işlənilmişdir;

- Demoqrafik proqnoz məsələlərinin həlli üçün “İntellektual demoqrafik proqnoz sistemi” işlənilmişdir;

- İnsan resurslarının intellektual idarə olunmasının nəzəri və konseptual əsasları işlənilmişdir;

- Əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunmasının nəzəri-metodoloji əsasları işlənilmişdir;

- E-tibbin mahiyyəti, müasir vəziyyəti, elmi problemləri və perspektivləri araşdırılmışdır.