Təhsil şöbəsi

Tel.

(+994 12) 5628625 (112)

(+994 12) 4499221 
Faks (+994 12) 4499221   
Elektron poçtu

vusalam_genetic@mail.ru

vusala.izzetullayeva@genres.science.az 

Struktur bölmənin rəhbəri İzzətullayeva Vüsalə İbrahim qızı  
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

Təhsil şöbəsi aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.

  1. İnstitutda magistratura təhsilinin həyata keçirilməsini təşkil edir, magistrlərin tədris planında nəzərdə tutulan fənlər üzrə məşğələlərdə iştirakını, magistr dissertasiyalarının  hazırlanmasını və müdafiə olunmasını təmin edir.
  2. Doktorantların və dissertantların sənədlərinin qəbulu, referatların yazılması, ixtisas fənni üzrə qəbul imtahanları və minimum imtahanları üçün testlərin hazırlanmasını və proqram təminatını təşkil edir.
  3. Magistrant, doktorant və dissertantların attestasiyadan keçirilməsi üçün zəruri sənədləri hazırlayır, attestasiyanı təşkil edir.
  4. İnstitutun yerli və xarici ali məktəblərlə əlaqələrini yaradır, müxtəlif ali məktəblərdən instituta göndərilmiş stajorların və təcrübəçi bakalavr və magistrlərın institutda nəzərdə tutulmuş proqramları həyata keçirmələrini təşkil edir.
  5. İnstitutun gənc tədqiqatçılarının, magistrantların, doktorant və dissertantların təhsillərinin dünyanın tanınmış elm və təhsil mərkəzlərində davam etdirmələrinə köməklik göstərir. 
Əsas elmi nəticələri

İnstitutun çox sayda əməkdaşı müxtəlif proqramlar çərçivəsində ABŞ, Almaniya, Fransa, Türkiyə, Estoniya , Yunanıstan və s. ölkələrə göndərilmiş və onlar ən müasir metodlardan istifadə etməklə tədqiqt işi aparmış, çox sayda mühüm elmi nəticələr əldə etmiş və dünyanın aparıcı jurnallarında dərc etdirmişlər. Əldə olunan elmi nəticələr İnstitutun müvafiq şöbələrinin elmi nəticələrinə daxil edilmişdir.

İnstitutda Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin baza kafedraları yaradılmış və hər il universitetlərin magistrant və doktorantları dissertasiya işlərini İnstitutun müvafiq laboratoriyalarında yerinə yetirir və əldə etdikləri elmi nəticələr əsasında hazırladıqları elmi əsərləri İnstitutun əməkdaşları ilə birlikdə dərc etdirilər.