Mikropaleontologiya şöbəsi

Tel. (+994 12) 5100141 (42,43,44) 
Faks (+994 12) 5372285
Elektron poçtu aliya_babazadeh@mail.ru
Struktur bölmənin rəhbəri Babazadə Aliyə Dadaş qızı

Geologiya üzrə fəlsəfə doktoru   

İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  Yura-dördüncü dövr stratiqrafik intervalına daxil olan çökmə süxur kompleksinin 4 fauna qrupuna (foraminifer, ostrakoda, balıq qalıqları-otolit, mikroskopik molyuska) əsasən biostratiqrafik tədqiqatı, faunanın kəsiliş boyu vertikal paylanması sxemlərinin qurulması, kəsilişlərin bio-  və litostratonlara ayrılması, stratonlar arasındakı sərhədlərin mövcud fauna qrupuna görə əsaslandırılması, stratonların korelyasiyası, yerli və regional bölgü sxemlərinin işlənməsi, paleontoloji cədvəllərin tərtibi, paleohövzələrdə mövcud olmuş bionomik şəraitin (dərinlik, duzluluq, temperatur və s.) bərpası.
Əsas elmi nəticələri Yura-dördüncü dövr çöküntülərinin biostratiqrafik tədqiqi, yerli və regional bölgü sxemlərinin işlənməsi, paleohövzələrdə bionomik şəraitin bərpası; Cənubi Xəzər hövzəsində palçıq vulkanizmi prosesində iştirak edən çöküntülərin biostratiqrafik üsulla müəyyən edilməsi; neft və qaz kəşfiyyatı üçün qazılmış quyu materiallarının biostratiqrafik tədqiqi, yerli bölgü sxemlərinin işlənməsi.