Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Mingəçevir elmi-təcrübə laboratoriyası

Mingəçevir elmi-təcrübə laboratoriyası
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Hicran İslam qızı İsgəndərova 
İşçilərin ümumi sayı 15 
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyanın əsas tədqiqat istiqaməti Mingəçevir və Varvara su anbarlarında balıq ehtiyatlarını artırmaq məqsədi ilə bioloji məhsuldarlığın öyrənilməsi, eyni zamanda tez böyüyən balıqların çoxaldılması texnologiyasının hazırlanmasıdır.  
Əsas elmi nəticələri Mingəçevir və Varvara su anbarlarının makrobentosu tədqiq edilmiş, bentosda üstünlük təşkil edən orqanizmlərin məhsuldarlığı, bu anbarların zooplanktonu, balıqların dərinliklər üzrə yayılması öyrənilmişdir.

Laboratoriyanın ərazisində, göllərdə ağamur, adi qalın alın və çəki balıq körpələri artırılaraq su anbarlarına buraxılır. İlk dəfə Mingəçevir su anbarında kürüləməsi aşkar olunan adi qalın alın (Hypophtalmichtysmolitrix) balığının 50-100 q-lıq körpələrinin bioloji analizi aparılmış, körpələrin böyüməsi və inkişaf mərhələləri izlənilmiş, çay forelinin Aran rayonlarında böyüməsi texnologiyası hazırlanmışdır.

Hazırda təcrübə göllərində çəki (Cyprinus carpio Linne), ağamur (Ctenopharyngodon), qalın alın (Hypophtalmichtysmolitrix) balıqlarının böyüməsi, inkişaf mərhələləri izlənilir, bioloji xüsusiyyətləri öyrənilir.