Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Təhsil şöbəsi

Təhsil şöbəsi
Tel.  (+994 12) 5103570
Faks  
Elektron poçtu tehsil@science.az  
Struktur bölmənin rəhbəri

Samir Kamal oğlu Səttarov

Sosiologiya üzrə ictimai elmlər doktoru
İşçilərin ümumi sayı 2 
Əsas fəaliyyət istiqamətləri 

Elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantların və dissertantların, magistrlərın elmi fəaliyyətinin və təhsilinin həyata keçirilməsi;

Doktorant və dissertantların sənədlərinin qəbulu, referatların yazılması, ixtisas fənni üzrə qəbul imtahanları və minimum imtahanlarının verilməsi işinin təşkili;

Doktoranturaya qəbul üzrə və minimum imtahanları üzrə komissiyaların təşkili, test suallarının hazırlanması, test bankının yaradılması işinin təmin edilməsi;

Doktorantların və dissertantların attestasiyadan keçirilməsi üçün sənədlərin hazırlanması və attestasiyanın təşkili;

Magistratura təhsilinin həyata keçirilməsi, magistrlərin tədris planında nəzərdə tutulan fənlər üzrə məşğələlərdə iştirakının təşkil edilməsi, magistr dissertasiyalarının hazırlanmasının və müdafiə olunmasının təmin edilməsi;

Müxtəlif ali məktəblərdən instituta göndərilmiş stajorların və təcrübəçi tələbələrin nəzərdə tutulmuş proqramları həyata keçirməsinin təşkil edilməsi;