Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Xəzərin hidrometeorologiyası

Xəzərin hidrometeorologiyası
Tel. (+994 12) 5392945 
Faks  
Elektron poçtu safarov53@mail.ru
Struktur bölmənin rəhbəri

Səfərov Səid Həsən oğlu

Coğrafiya elmləri doktoru

İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Azersky” və digər peyklərin məlumatları əsasında Qlobal İqlim dəyişmələrinin Xəzər dənizinin hidrofiziki sahələrinə  və sahillərin dinamikasına  təsirinin tədqiqi (2016-2020) mövzusu üzrə İS 1.  Peyk məlumatları əsasında  Xəzər dənizinin Azərbaycan sektorunda dəniz səth axınları, dalğa rejiminin və neft dağılmalarının tədqiqi və  proqnozu metodunun işlənməsi; (2016-2018).Mərhələ 1.  Peyk  məlumatları  əsasında  dəniz  səth axınları və dalğa rejiminin tədqiqi və proqnozu  metodunun  işlənməsi; (2016) istiqamətində tədqiqatların aparılması nəzərdə tutulur. 
Əsas elmi nəticələri

Xəzər dənizinin bütün akvatoriyasına, xüsusilə də dərinsulu ərazilərinə düşən illik yağıntıları qiymətləndirmək üçün verilən əmsalları nəzərə almaqla müvafiq peyk məlumatlarına əsaslanan MERRA modelindən istifadə etmək olar. Şimali və Cənubi Xəzərin dərinsulu ərazilərində orta illik yağıntıların faktiki miqdarı təxminən 170 mm, Orta Xəzərdə isə 165 mm təşkil etdiyi hesablanmşdır.